Azərişıq” ASC-nin Xırdalan şəhərində yerləşən yarımstansiyasında yanğın baş verib.
KONKRET.az-ın məlumatına görə, baş verən hadisə səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda müəssisənin mütəxəssisləri tərəfindən elektrik enerjisinin bərpası istiqamətində zəruri işlər aparılır. Bərpa işlərinin günün sonuna tamamlanmayacağı istisna edilmir.
