Xiva 2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı seçildibackend

Xiva 2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı seçildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Oş şəhərindən (Qırğızıstan) sonra, Türk dünyasının mədəniyyət paytaxtı statusu Xiva şəhərinə keçib.

Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna verilən məlumata görə, TÜRKSOY Daimi Şurasının noyabrın 30-da Oş şəhərində keçirilən 37-ci iclasında belə bir qərar qəbul edilib. İclasda çıxış edən Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov qərarın yekdilliklə qəbul edildiyini söyləyib.

İclasda həmçinin TÜRKSOY baş katibi Düsen Kaseinov, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Qazaxıstan mədəniyyət nazirinin müavini Nurkisa Daueşov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan, Türkmənistan mədəniyyət nazirinin müavini Qurbanmurad Muradəliyev, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və mədəniyyət naziri Nazim Çavuşoğlu iştirak ediblər.

Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Kamola Akilova müasir Özbəkistanın əsas incilərindən biri olan qədim Xiva şəhərinin tarixi görünüşünü, demək olar ki, tamamilə qoruduğunu qeyd edib. Bir zaman Xarəzm xanlığının paytaxtı olan Xiva XVII əsrdə eyniadlı xanlığın paytaxtına çevrilib. Bu gün şəhərin əksər hissəsi açıq hava altında muzeyə bənzəyir. Bu muzeyin mərkəzi isə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim İçan-Kala qala-kompleksidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*