Xızıda 24 nəfər köməksiz qaldıbackend

Xızıda 24 nəfər köməksiz qaldı

Xızıda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112″ qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*