Xızıda avtomobil aşdı – Sürücü öldübackend

Xızıda avtomobil aşdı - Sürücü öldü

Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Bayramov Şahin Mustafa oğlunun sükanı arxasında olduğu “Jeep” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*