Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olundubackend

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olundu

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi başa çatıb.

KONKRET.az xəbər verir ki, mərasim Sumqayıt şəhərinin Ceyranbatan bağları adlanan ərazisində – mərhumun ailəsinin yaşadığı evdə keçirilib.

Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatandan sonra mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*