Xoruzun vurduğu kişi hadisə yerində öldübackend

Xoruzun vurduğu kişi hadisə yerində öldü

Hindistanda xoruz döyüşü insan ölümü ilə nəticələnib.

KONKRET.AZ xəbər verir ki, hadisə Andhra Pradeş əyalətinin Praqadavaram kəndində baş verib.

Belə ki, döyüşdə rəqibinə daha böyük zərər verməsi üçün ayağına bıçaq bağlanan xoruz hədəf dəyişdirərək insan kütləsinin içinə girib. Bu vaxt azarkeşlər arasında olan 55 yaşlı kişi qarnından yaralanaraq hadisə yerində ölüb.

Qeyd edək ki, Hindistanda xoruz döyüşü qanunla qadağan edilib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*