Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları ARTIRDIbackend

Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları ARTIRDI

Yaponiya hökuməti nüvə və raket sınaqlarını davam etdirən Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu sanksiyaları “Yaponiyanın Şimali Koreya ilə davam edən problemlərin həlli istiqamətində atdığı addımlar” kimi xarakterizə edib.

Matsuno Pxenyanı “konkret addımlar” atmağa çağırıb.

Yeni sanksiyalar çərçivəsində Şimali Koreyanın nüvə və raket inkişafı proqramlarında iştirak etdən 6 Şimali Koreya, 3 Rusiya vətəndaşının və 4 Rusiya təşkilatının aktivləri dondurulub.

Qeyd edək ki, Şimali Koreya martın 24-də qitələrarası ballistik raketini sınaqdan keçirdib. Yaponiya sözügedən raketin özünün milli müstəsna iqtisadi zonasına düşdüyünü təsdiqləyib. Digər tərəfdən, 1970-80-ci illərdə Şimali Koreya tərəfindən saxlanılan Yaponiya vətəndaşlarına görə, Tokio və Pxenyan arasında gərginlik yaranıb. Yaponiya ümumilikdə 17 vətəndaşın saxlanıldığını, indiyədək onlardan 5-inin geri döndüyü bildirib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*