Yaponiya şirkətləri Rusiyadan ÇIXDI – MARAQLI SƏBƏBbackend

Yaponiya şirkətləri Rusiyadan ÇIXDI - MARAQLI SƏBƏB

Yapon şirkətlərinin 43 faizi Ukraynaya qarşı müharibədən sonra Rusiyadakı fəaliyyətini dayandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici Ticarət Təşkilatının nümayəndəsi Şimoyama Manabu bildirib:

“Rubl ucuzlaşdıqdan sonra Rusiyada şəxsi alıcılıq qabiliyyəti aşağı düşüb”.

Digər tərəfdən, şirkətlərin yüzdə 44-ü yaxın 12 ayda fəaliyyətlərini daralacaqlarını və ya bazardan çəkiləcəklərini açıqlayıb.

Şimoyama bildirib ki, yapon firmalarının Rusiya bazarlarına “müsbət baxışını” bərpa etmək üçün vaxt lazımdır.

Xatırladaq ki, 2022-ci ilin fevral ayına olan məlumata görə, Rusiyada 347 Yapon şirkəti fəaliyyət göstərib.

 

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*