Bu gün Yaponiyada baş verən güclü zəlzələ nəticəsində 69 nəfər xəsarət alıb, bir nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, 130 minə yaxın ev işıqsız qalıb.
20:21
Yaponiyanın şimal-şərqindəki Tohoku bölgəsində 7,3 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 23:36-da Yaponiyanın şimal-şərqindəki Miyaqi və Fukusima əyaləti sahillərində 60 kilometr dərinlikdə 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Miyaqidə zəlzələdən sonra 1 metr hündürlükdə sunami olub.
