Yaponiya Ukraynada başlatdığı müharibəyə görə, Rusiyaya lüks avtomobillərin ixracını qadağan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökuməti Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirib.
Yenilənmiş sanksiya qanunvericiliyi çərçivəsində lüks avtomobillər, zərgərlik məmulatları və sənət əsərləri kimi məhsulların Rusiyaya ixracı qadağan edilib.
Sanksiyalar aprelin 5-dən qüvvəyə minəcək.
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hagiuda Koiçi sanksiyaların tətbiqi üçün “G-7” ölkələri ilə danışıqları davam etdirəcəklərini bildirib.
İqbal Rzayev,
KONKRET.az
