Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu – YENİLƏNİBbackend

Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxduğuna görə “Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, klinikadan bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

“Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir”, – xəstəxanadan bildirilib.

***

12:39
Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

KONKRET.az  bu barədə report-a müğənninin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.

Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:

“Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən-birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb. Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim. Həkimlərlə danışdım, koronavirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*