Yaqub Zurufçu Xalq artistlərinin yanında DƏFN EDİLDİ – YENİLƏNİBbackend

Yaqub Zurufçu Xalq artistlərinin yanında DƏFN EDİLDİ - YENİLƏNİB

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

KONKRET.az xəbər verir ki, mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) məzarları yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Y.Zurufçu ötən gün “Yeni klinika”da vəfat edib.

***

13:18
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu dəfn olunur. 

KONKRET.az xəbər verir ki, Y. Zurufçu “Qurd qapısı” qəbristanlığında torpağa tapşırılır.

 

***

09:42
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*