Əməkdar artist Yaqub Zurufçunun cənazəsi ailəsinə təhvil verilməyib.
KONKRET.az xəbər verir ki, bunu teleqraf-a Əməkdar artistin bacısı Mətanət Əliyeva deyib.
“Hələ gözləyirik. Nəşi xəstəxanadadır, ailəsinə təhvil verilməyib”, – deyə bildirib.
Qeyd edək ki, Yaqub Zurufçu ötən gün “Yeni klinika”da koronavirusdan vəfat edib.