Yaqub Zurufçunun vəziyyəti kritikdir – YENİLƏNİBbackend

Yaqub Zurufçunun vəziyyəti kritikdir - YENİLƏNİB

Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti kritikdir.

Bu barədə KONKRET.az-a “Yeni Klinika”dan məlumat verilib.

Bildirilib ki, koronavirusa yoluxan Y. Zurufçunun təzyiqi aşağı düşüb:

“Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir”.

***

09:40
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu “report”a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

“Səhər həkimlə danışdım. Yaqubun vəziyyətinin ağır olduğunu bildirdilər”, – o qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*