Yaqub Zurufçunun vəziyyəti PİSLƏŞDİ – YENİLƏNİBbackend

Yaqub Zurufçunun vəziyyəti PİSLƏŞDİ - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə sənətçiyə hemodiyafiltrasiya deyilən fasiləsiz böyrək əvəzedici terapiya başlanıb.

***

 10:38
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır.

“Vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər ötən gecə başının üstündə olublar, durumunu izləyiblər. Dünən ürəyində aritmiya olub. Bu gün normala düşüb və vəziyyəti stabil ağır olaraq qalır”, – o qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*