Yaşıldan sonra niyə sarı işıq yanmır? – DYP işıqfor probleminə aydınlıq gətirdi – VİDEObackend

Yaşıldan sonra niyə sarı işıq yanmır? - DYP işıqfor probleminə aydınlıq gətirdi - VİDEO

“Qax Rayon Polis Şöbəsinin qabağındakı işıqfor illərdir normal işləmir. Belə ki, yaşıl işıqdan sonra sarı əvəzinə, qəfildən qırmızı yanır. Bu da vətəndaşlar üçün təhlükə yaradır”.

KONKRET.az-a bununla bağlı adının çəkilməsini istəməyən Qax rayon sakini müraciət edib.

Vətəndaş faktla bağlı redaksiyaya video görüntü də ünvanlayıb. Görüntülərdən də məlum olur ki, nasaz işıqfor yolda ciddi təhlükə mənbəyidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyinə gəlincə, idarədən bildirildi ki, fakt nəzarətə götürülüb:

“Nizamlama vasitəsində texniki nasazlıq az müddətdir baş verib və məsələ qısa zaman ərzində müsbət həllini tapacaq”.

Əlavə olaraq o da qeyd edildi ki, texniki nasazlıq yaranan müddət ərzində hər hansı xoşagəlməz halın baş verməməsi üçün ərazidə nizamlayıcı tərəfindən xidmət təşkil olunub.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*