“Qarabağdakı rus və erməni vətəndaşlarının aqibəti ilə bağlı qərar veriləcək”backend

"Qarabağdakı rus və erməni vətəndaşlarının aqibəti ilə bağlı qərar veriləcək" - ÖZƏL

“Biz Ermənistana silahlanmağa kömək etməliyik”. Fransa Senatının Fransa-Ermənistan Dostluq Qrupunun sədri Jilber-Luk Devinazın səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb. Bu sərsəm bəyanat Fransa hökumətinin rəsmi mövqeyi kimi qəbul olunmasa da, adıçəkilən Qərb dövlətinin ikili standarlardan çıxış etdiyini bir daha sübuta yetirib. Bəs görəsən, ermənipərəst qüvvələr bu kimi açıqlamalarla nəyəsə nail ola bilərlərmi? Ümumiyyətlə Fransa və digər ermənipərəst ölkələrin bizi qınaması Laçın dəhlizində açdığımız sərhəd keçid məntəqəsinin işinə hansısa formada mənfi təsir göstərəcəkmi?  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Azərbaycan hökuməti Qarabağla bağlı ən böyük nailiyyətini əldə edib: “Təxminən 4 aya yaxın müddətdir ki, biz bu yolu qət edirdik. QHT fəallarımızın, eləcə də ictimaiyyət nümayəndələrimizin aksiyaları nəhayət ki, öz nəticəsini verdi. Təbii ki, Ermənistanın arxasında dayanan və Azərbaycana qarşı çıxan ənənəvi dövlətlər yenə də müxtəlif bəyanatlar səsləndirirlər. Artıq ABŞ Dövlət Departamentinin sözçüsü açıqlama verib. O da rəsmi Bakının nəzarət-buraxılış məntəqəsi açmasının sülh prosesinə çətinlik yaradacağını deyib. Amma bu fikirlərdə ölkəmizə qarşı ciddi təhdid yoxdur. Eyni zamanda Fransa XİN də bəyanatla çıxış edərək Azərbaycanın bu addımından təəssüfləndiyini dilə gətirib. Fransa hesab edir ki, Qarabağdakı erməni azlığı sərbəst gediş-gəlişə malik olmalıdır. Təbii ki, rəsmi Bakı heç vaxt ermənilərin sərbəst hərəkətinə və ya mülki malların keçidinə maneə yaratmayıb. Azərbaycanın qarşısına qoyduğu məqsəd oradakı silahlı erməni qalıqlarının tərksilah edilməsidir. Düşünürəm ki, Azərbaycan tərəfi buna nail olacaq. Nə ABŞ, nə də Fransa bizim maraqlarımızın təmin olunmasına əngəl yarada bilməz. Rəsmi Bakı Qarabağdakı erməni separatçılarının silahlanmasının qarşısını almaqla gələcəkdə baş verə biləcək böyük müharibə ehtimalını azaldır. Sülh və əminamanlığı təmin edir”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq - 25.02.2016, Sputnik Azərbaycan

Politoloqun sözlərinə görə, Fransa-Ermənistan dostluq cəmiyyəti sədrinin verdiyi bəyanat isə absurddur: “Ermənistanla əlaqəsi olan istənilən fransız bu cür sərsəm bəyanatlar səsləndirə bilər. Onların arxasında ciddi bir əməlin dayanacağını düşünmürəm. Bu cür şəxsləri Ermənistana çağıraraq cibinə pul qoyurlar və belə sərsəm açıqlamalar verməsini təmin edirlər. Amma Fransanın və ya başqa bir Avropa dövlətinin Ermənistanı silahlandırması sadəcə mümkün deyil. Odur ki, bu cür açıqlamalar Azərbaycanı tutduğu yoldan və siyasi kursundan döndədərə bilməz. Hesab edirəm ki, nəzarət-buraxılış məntəqəsinin ardınca rəsmi Bakı digər problemlərin həlli istiqamətində mühüm addımlar atacaq. İndi əsas məsələ ermənilərin reinteqrasiya prosesini sürətləndirməkdir. Bizim qanunlarımız altında yaşamaq istəməyənlər isə Qarabağdan çıxıb getməlidirlər. Beləliklə, yaxın gələcəkdə Qarabağdakı Rusiya və Ermənistan vətəndaşlarının aqibəti ilə bağlı qərar veriləcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*