KONKRET.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib:
Çünki düşmən son günlər həddindən artıq azğınlaşıb, təxribatları intensivləşib. Bu təxribatların qarşısını almağın tək yolu isə, düşmənə hərbi yolla cavab verməkdir. Düşünürəm ki, o məqam yetişib, biz artıq hərəkətə keçməliyik”.
Ekspert Prezident İlham Əliyevin beynəlxalq qurumlara verdiyi mesajdan bəhs edib:
“Hesab edirəm ki, prezidentin Ermənistanla danışıqların mənasız olduğunu bəyan etməsi, təkcə Azərbaycan auditoriyasına deyil, bütövlükdə beynəlxalq qurumlara bir mesaj idi. Ölkə başçısı bununla artıq işğalçı ilə hər hansı bir danışıqların mənası və prespektivi olmadığını bəyan etdi”, – deyə o bildirib./redaktor/