Yaxın Şərqdə müharibə qurbanlarının sayı günü-gündən çoxalırbackend

Yaxın Şərqdə müharibə qurbanlarının sayı günü-gündən çoxalır

Sentyabrın ortalarından bəri Livanda ölənlərin sayının artmasına baxmayaraq, İsraillə  Hizbullah arasında atəşkəs razılaşması çox yaxındır.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, son 3 ayda İsrailin hücumları nəticəsində 3000-dən çox insan həlak olub. Məlumatda bildirilir ki, sövdələşmə həmişəkindən daha yaxın olsa da, hələ tam formalaşmayıb. ABŞ və İsrail rəsmiləri hələlik vasitəçilərə yaşıl işıq yandırılmadığı barədə xəbərdarlıq ediblər.İsrailin baş naziri Benyamin Netanyahu CNN-ə müsahibəsində bildirib: “Bu istiqamətdə irəliləyirik, lakin həll edilməli n bəzi məsələlər hələ də qalır”.

Livanın səhiyyə nazirliyinin məlumatına görə, şənbə günü İsrailin hücumları nəticəsində ən azı 84 nəfər ölüb, 213 nəfər yaralanıb, o cümlədən Beyrutun mərkəzində əhalinin sıx məskunlaşdığı  məhəllədə çoxmərtəbəli binaya hücum zamanı 30 nəfər həyatını itirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*