“Yeni Daşkənd” belə olacaq – Layihənin görüntüləri yayıldı – VİDEObackend

Yeni Daşkəndbelə olacaq - Layihənin görüntüləri yayıldı - VİDEO

Martın 18-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yeni Daşkənd şəhərinin təməlini qoyub.

KONKRET.az xəbər verir ki, UzA agentliyi “Yeni Daşkənd” layihəsinin kadrlarını dərc edib.

Bildirilib ki, “Yeni Daşkənd” layihəsi çərçivəsində 20 min hektar sahədə 1 milyon insanın yaşayışı üçün əlverişli şərait yaradılacaq. O cümlədən, birinci mərhələdə 60 min nəfərlik çoxmənzilli binalar, 30 məktəb, 20 uşaq bağçası, xəstəxana və 5 ailə poliklinikasının tikintisi nəzərdə tutulub. Burada həmçinin yeni Özbəkistan Universiteti, Milli Kitabxananın yeni binası, teatr, incəsənət məktəbləri, ticarət və xidmət obyektləri yerləşəcək.

Qeyd olunub ki, layihədə müasir yanaşmalardan istifadə olunacaq. Məsələn, nəqliyyat sistemi yenidən təşkil olunacaq. Yeni Daşkəndin ictimai nəqliyyatı yalnız elektrobuslardan ibarət olacaq. Eyni zamanda, piyadaların və velosipedçilərin sərbəst hərəkəti üçün rahat şərait yaradılacaq, 100 min avtomobil üçün yeraltı dayanacaqlar tikiləcək. Avtomobillərin hərəkəti üçün Çirçik və Karasu çayları üzərində 14 müasir tunel və 7 körpü tikiləcək. Bütün elektrik, rabitə şəbəkələri, qaz və su boruları yeraltı çəkiləcək.

Məlumata görə, “Yeni Daşkənd” layihəsində suya qənaət edən texnologiyalar hesabına sərfiyyat 2 dəfə azalacaq. Tullantı suları müasir texnologiyalar əsasında emal edilərək suvarma və texniki məqsədlər üçün istifadə olunacaq. Yeni şəhərdə həmçinin 200 min yüksək maaşlı iş yeri yaradılacaq.

Layihə çərçivəsində “Daşkəndin Yaşıl Kəməri” layihəsinə də start veriləcək. 420 hektar ərazidə mərkəzi park salınacaq, 200 min ağac əkiləcək.

İqbal Rzayev,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*