Yeni doğulmuş körpə internetdə satışa çıxarıldıbackend

Yeni doğulmuş körpə internetdə satışa çıxarıldı

ABŞ-ın Florida ştatının polisi “Craiglist” saytında yeni doğulmuş körpəsini 500 dollara satmağa hazırlaşan reklamın yaradıcısını axtarır.

KONKRET.AZ bildirir ki, bu barədə “The Sun” xəbər verir.

Sayta 22 noyabrda yerləşdirilmiş reklamda deyilir:

“Yeni doğulmuş uşaq 500 dollara satılır. Körpə iki həftəlikdir. Yatır, gecələr səs salmır. Süni qida və geyimi komplektə daxildir. 4 yaşlı bacısını da pulsuz hədiyyə edə bilərik”.

Reklamda həm də qeyd olunub ki, müəllif uşağını böyütmək istəmədiyi üçün həbs olunmasını istəmir.

Reklam artıq silinsə də, polis cinayətkarı tapmaq niyyətindədir.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*