Yeni seçilən deputatlar 5 ildə 312 min AZN qazanacaqbackend

Yeni seçilən deputatlar 5 ildə 312 min AZN qazanacaq

Azərbaycanda millət vəkilləri 5 mindən çox məvacib alırlar.

KONKRET.AZ xəbər verir ki, hazırda sıravi deputatların əmək haqqı 5196 AZN-dir.

Bununla da, bir deputat ildə 62 min 352‬ manat, 5 ildə isə ümumilikdə 311 min 760 AZN rəsmi maaş alır.

Qeyd edək ki, bu deputatların rəsmi aldıqları maaşdır.

Millət vəkilləri ümumilikdə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 29-cu maddəsinə əsasən məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Bu da o deməkdir ki, deputatlar maaşdan əlavə maaşı miqdarında əlavə müavinət də alırlar.

Baku.ws

Bir cavab yazın