Böyük Britaniyada Lassa virusu yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Məlumata görə, ölkədə 2 nəfərdə yeni virus aşkar edilib. İki nəfərə Ebolaya bənzər nadir virus olan Lassa qızdırması diaqnozu qoyulub.
Yoluxmanın virusun endemik olduğu Qərbi Afrikadan bu yaxınlarda qayıdan eyni ailədən yayıldığı güman edilir.
