Yer kürəsi sakinlərinin sayı sürətlə artırbackend

Yer kürəsi sakinlərinin sayı sürətlə artır

Hər 10 saniyədə dünyada 26 uşaq doğulur. Beləliklə, bu günə qədər planetdə artıq 7 milyard 635 milyon insan yaşayır ki, bu da keçən illə müqayisədə 83 milyon çoxdur. Bu barədə Almaniyanın Yer Əhali Fondunun mütəxəssisləri bildirib.

Onların fikrincə, əhalinin maksimum artımı Afrika ölkələrində müşahidə olunur. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər bu qitədə insanların sayı demək olar ki, 2 dəfə artacaq – 2,5 milyard nəfərə qədər. Mütəxəssislər qeyd edirlər ki, sürətli artımın səbəbi, planlaşdırılmamış hamiləlik hallarının maksimum sayıdır.

Fondun rəhbəri Renata Berin qeyd etdiyi kimi, Səhranın cənubunda yaşayan qadınlar istədiklərindən daha çox doğum edirlər. Bu amil yerli əhalinin təhsil səviyyəsinin aşağı olması ilə əlaqədardır.

Bu gün Almaniya ən çox insanların məskulaşdığı ölkədir (82,9 milyon). İkinci yerdə  Fransa (67,2 ml), üçüncü isə İngiltərədir (66,2).

Mütəxəssislərin fikrincə, 2030-cu ilədək əhalinin demək olar ki, 60% -i şəhərlərdə yaşamağa köçəcək, bu da şəhər sakinlərinin sayını bir milyard artıracaq və beləliklə 5,2 milyard nəfər təşkil edəcəkdir.

Məlumdur ki, bu gün dünyada bir milyondan çox insanın yaşadığı 548 şəhər var.

BMT-nin məlumatına görə, dünyanın ən böyük meqapolisi 37 milyon əhalisi olan Yaponiyanın paytaxtı Tokiodur. Hindistanın paytaxtı Yeni Dehlidə 29 milyon insan yaşayır. Bununla yanaşı, mütəxəssislərin fikrincə, yaxın gələcəkdə Hindistanın paytaxtında ən azı 10 milyon insanın artacağı gözlənilir.

ELMAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*