backend

Yerevanda atışma: Silahlı şəxs bir neçə nəfəri girov götürüb

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

KONKRET.AZ erməni KİV-lərinə istinadla xəbər verir ki, hadisə “Erebuni Plaza” biznes mərkəzində kafelərin birində qeydə alınıb.

Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Erebuni Plaza” ölkəni sabiq prezidenti Robert Koçaryanın ofisinin yaxınlığında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*