Yol polisi bayram günü Bakıda bu cür xidmətə başladı – FOTOLARbackend

Yol polisi bayram günü Bakıda bu cür xidmətə başladı - FOTOLAR

Bakıda bütün yollar və piyada keçidləri tam nəzarətə götürülüb, təhlükəsizlik təmin edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis gücləndirilmiş iş rejiminə keçib. Bayram tədbirlərində yollarda qəzaların, sıxlıq və tıxacın qarşısını almaq üçün yol polisi bütün küçə və yollarda nəzarəti gücləndirib, əlavə naryadlar təhkim edilib. Piyadaların və sərnişinlərin rahat hərəkətini təmin etmək üçün DYP əməkdaşları BNA ilə birlikdə qanunsuz parklanmalara qarşı tədbirlər də görür.

KONKRET.az xəbər verir ki, Bakıda Avtosfer.az-ın apardığı müşahidələrdən məlum olur ki, paytaxtın mərkəzi küçələrində nəqliyyat vasitələrinin və piyadaların sayı daha çoxdur. Bunu nəzərə alaraq DYP avtomobilləri və YPX əməkdaşları hər 100 metrdən bir gözə dəyir. Polislər yolu keşən piyadalara kömək edir, nəqliyyat axınında ləngimələr olmaması üçün hərəkəti operativ şəkildə tənzimləyir.

Bundan başqa, avtobus dayanacaqlarını zəbt edən minik avtomobillərinə qarşı mübarizə BNA əməkdaşları ilə birgə həyata keçirilir. Nəticədə avtobusların dayanacaqlara rahat daxil olması və çıxması təmin edilir.

Görüntüləri təqdim edirik:

Elməddin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*