Pakistanın Sind əyalətində sərnişin avtobusu ilə yük maşını toqquşub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sind əyalətinin San rayonunda baş verib.
Məlumata görə, qəzada aralarında qadın və uşaqların da olduğu 10 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.
Ölənlər arasında sürücülər də var.
Qeyd edək ki, Pakistan Statistika Bürosunun məlumatına görə, ötən il ölkədə baş vermiş 10379 yol qəzasında 4566 nəfər həyatını itirib.

İqbal Rzayev,
KONKRET.az
