Azərbaycanda yumurtanın qiyməti yenidən bahalaşıb.
KONKRET.az xəbər verir ki, bir neçə gün bundan 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir. Sakinlər bunun səbəbini mövsümlə əlaqələndirir:
“Bu ayın sonuna qədər kənd yumurtasının qiyməti artmaqda davam edəcək. Amma iyul ayından sonra yenidən yumurtanın qiymətində ucuzlaşma müşahidə olunacaq”. (Qaynarinfo)