Yunanıstanda qeyri-qanuni miqrantları daşıyan iki qayıq batıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə adanın sahil mühafizəsi məlumat yayıb.
Bildirilib ki, Midilli adasında qeyri-qanuni miqrantları daşıyan qayıq batıb. Qayıqda olan 40 nəfərdən 15-nin cəsədi tapılıb, 5 nəfər xilas edilib. Digər sərnişinlərin axtarışı davam edir.
Çuha adası yaxınlığında isə 100-ə yaxın miqrantı daşıyan yelkənli qayıq qayalara çırpılaraq batıb. Batan qayıqdan 30 nəfər xilas edilib. Digər insanların axtarış-xilasetmə işləri davam edir.
İqbal Rzayev,
KONKRET.az
