Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedibbackend

Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*