Zakir Həsənov idarə rəisini İŞDƏN ÇIXARDIbackend

Zakir Həsənov idarə rəisini İŞDƏN ÇIXARDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.

KONKRET.az-ın məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən  idarəyə rəis təyin olunub.

Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təhcizat İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*