Zalkaliani: “Gürcüstan iqtisadi layihələrlə bağlı Azərbaycanla fəal iş aparır”backend

Zalkaliani: “Gürcüstan iqtisadi layihələrlə bağlı Azərbaycanla fəal iş aparır”

“İnfrastruktur layihələrin reallaşdırılması, kommunikasiyaların inkişafı, həmçinin sualtı fiber-optik kabellərin çəkilməsi baxımından Qara dənizin böyük iqtisadi əhəmiyyəti var”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Gürcüstanın diplomatik korpusları bu əsas istiqamətlər üzrə səfərbər olunublar: “Biz amerikalı tərəfdaşlarımız, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, həmçinin strateji tərəfdaşlarımız olan Türkiyə və Azərbaycanla çox fəal iş aparırıq. Gürcüstan bu iki ölkə ilə əhəmiyyətli geostrateji layihələrdə iştirak edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*