Zaqatalada qəza oldu, yaralılar varbackend

Zaqatalada qəza oldu, yaralılar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb.

“Mercedes” və “VAZ 2107” markalı maşınların toqquşması nəticəsində 4 nəfər 1961-ci il təvəllüdlü rayonun Muxax kənd sakini Əhmədov Abdulməcid Abakar oğlu ,1956-cı il təvəllüdlü Muxax kənd sakini Şabanov Məhəmməd Şaban oğlu, 2015-ci il təvəllüdlü Zaqatala şəhər sakini Süleymanov Süleyman Emil oğlu və 1986-cı il təvəllüdlü şəhər sakini Qurbanov Sərxan Seyfillah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*