Zaqataladakı qəza ilə bağlı cinayət işi açıldı – YENİLƏNİBbackend

Zaqataladakı qəza ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013”  markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

18:48

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil ərazidəki İkinci dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin qapılarına çırpılıb.

“VAZ 21013”də olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov hadisə yerində ölüb.

“VAZ 21013” markalı avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri – 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev xəsarətlər alaraq Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*