Ukrayna prezidenti Volodimir Zelenski Amerika hakimiyyətinə Ukraynaya ağır silahlarla kömək etmədikləri üçün irad bildirib və bununla bağlı istəklərini sadalayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski deyib: “Bizə raketlər, təyyarələr verin. Əgər bizə “F-18” və ya “F-19” verə bilmirsinizsə, onda köhnə sovet təyyarələrini göndərin. Mənə dövlətimi qoruya biləcəyim bir şey verin” – prezident vurğulayıb.
“StranaUA” nəşri müsahibənin video variantında mətn hissəsinə daxil edilməyən epizodlara diqqət çəkib. Burada Zelenski Amerika hakimiyyətinə qarşı daha sərt davranır və Kiyevi ağır silahlarla təmin etməməyi Vaşinqtonun Ukrayna ilə oyunu adlandırıb: “Əgər bu proses uzanacaqsa, o zaman insanlar “bəlkə bu məsələnin arxasında hansısa oyun var?” deyə sual verməyə başlayacaqlar. Partnyorlarımızın bizimlə oyun oynamasına inanmaq istəmirəm. Bilmirəm, Bayden Putindən qorxur, ya yox. Buna inanmaq istəmirəm. Çünki Bayden böyük bir xalqın lideridir” – Zelenski fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
