“Zelenski öz gələcəyi haqqında düşünməlidir, artıq onun üçün Sibirə bilet təmin olunub” – Mixail Şeremetbackend

“Zelenski öz gələcəyi haqqında düşünməlidir, artıq onun üçün Sibirə bilet təmin olunub” - Mixail Şeremet

Dövlət Duması Zelenskinin Rusiyanın “azad etdiyi” rayonları ələ keçirmək planlarını siyasi aqoniya adlandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Vahid Rusiya” fraksiyasının deputatı, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet deyib.

O bildirib ki, rəsmi Kiyev bütün cəbhələrdə uduzur, lakin Ukraynanı “çökməyə” doğru sürükləməkdən əl çəkmir: “Ukraynanın ordumuzun “azad etdiyi” əraziləri ələ keçirmək şansı yoxdur. Bu cür sifarişlər Zelenski administrasiyasının uzun sürməyəcək siyasi aqoniyasıdır” – o, əlavə edib.

Mixail Şeremetin sözlərinə görə, verilən bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur, çünki Kiyevin nə gücü, nə imkanları, nə vasiti, nə də döyüş ruhu var.  Deputat qeyd edib ki, Rusiya Qərbin Ukraynaya silah tədarükündən asılı olmayaraq, öz məqsədlərinə çatacaq.

“Zelenskinin öz gələcəyi haqqında düşünməyə başlamasının vaxtıdır. Artıq onun üçün Sibirə bilet də təmin olunub. Həm Zelenski, həm də Reznikov üçün böyük mişarımız var. Onlar Ukrayna xalqının və bütün rus dünyasının xəyanətini öz cəzaları ilə yuyacaqlar” – rusiyalı deputat fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*