Volodimir Zelenski Polşa, Sloveniya və Çexiyanın baş nazirləri ilə görüşüb.
KONKRET.az xəbər verir ki, Prezident Zelenski martın 15-də Kiyevdə olan Polşanın Baş naziri Mateuş Moravetski, Polşa baş nazirinin müavini Yaroslav Kaçinski, Çexiyanın baş naziri Petr Fialı və Sloveniyanın baş naziri Yanez Yansı qəbul edib.
Volodimir Zelenski qonaqlara Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təfərrüatları barədə məlumat verib.
Qəbulda Ukraynanın Baş naziri Denis Şmiqal iştirak edib.
“Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski, Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri Janez Yanşa! Ukrayna üçün bu çətin zamanda Kiyevə səfəriniz dəstəyin güclü sübutudur. Biz bunu həqiqətən yüksək qiymətləndiririk”, – deyə Zelenski vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
