Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentlərinin görüşü ehtimalı ilə bağlı danışıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan iki ölkənin Prezidentlərinin görüşünə ev sahibliyi edə biləcəklərini bildirib:
“Türkiyə Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinin görüşünə ev sahibliyi etməyə hazırdır. Bugünkü danışıqlarda təmin edəcəyiniz irəliləyiş bir sonrakı mərhələ olan liderlər səviyyəsində təması da mümkün edəcək. Belə bir görüşə də ev sahibliyi etməyə hazırıq”.
Xatırladaq ki, Ukrayna-Rusiya nümayəndə heyətlərinin hazırda davam edən görüşü İstanbulda keçirilir.
Vəsilə İbrahim,
KONKRET.az
