Zelenski-Putin görüşünün keçirilməsinə əngəl olan nədir? – Ukrayna rəsmisi AÇIQLADIbackend

Zelenski-Putin görüşünün keçirilməsinə əngəl olan nədir? - Ukrayna rəsmisi AÇIQLADI

“Cümə günü- aprelin 1-də Ukrayna-Rusiya nümayəndə heyətləri arasında onlayn görüş keçiriləcək”. 

KONKRET.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia deyib.

David Araxamia bildirib ki, bir həftə ərzində Volodimir Zelenski ilə Vladimir Putinin görüşünə hazırlıqların tamamlanacağına ümid edir:

“Türkiyədə keçirilən danışıqlarda biz də bildirdik ki, indi iki dövlətin liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti cavab verdi ki, öncə nümayəndə heyətləri razılaşdırılmış müqavilə layihəsini hazırlamalıdır. Bir həftə ərzində biz öz üzərimizə düşən müqavilə layihəsini hazırlayacağıq. Ümid edirik ki, ondan sonra Prezidentlərin görüşü reallaşacaq”.

D.Araxamia həmçinin qeyd edib ki, Ukrayna tərəfi Zelenski-Putin görüşünün Rusiya və Balarus ərazisində deyil, başqa ölkədə keçirilməsinidə israrlıdır.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*