Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə çatdırmaq istədiyi əsas mesajını səsləndirib.
KONKRET.az xəbər verir ki, CNN telekanalının efirində Ukrayna lideri qeyd edib ki, o, işğalçı ölkənin prezidentini xüsusi olaraq nəyinsə çatdırılmasına ehtiyacı olan şəxs hesab etmir.
“Rusiyanın ərazimizdə açdığı qanlı müharibəmiz var. Mən istərdim ki, o, sadəcə bunu bilərəkdən etdiyini anlasın, müharibəni bu gün tamamlaya biləcəyini başa düşsün. Bütün mesaj budur. Seçim artıq onundur: davam etsin və ya tamamlasın”, – deyə prezident bildirib.
Daha əvvəl Prezident Aparatının rəhbəri Andrey Yermak vurğulayıb ki, Zelenski ilə Putin arasında heç bir danışıqlar aparılmır.
Roman Göytürk,
KONKRET.az
