Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni İMZALADIbackend

Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni İMZALADI

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

KONKRET.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi – Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, – Sibiqa feysbukda bildirib.

Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, – Sibiqa əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*