“Zelenskinin istədiyi dəstək Ukraynaya verilməyəcək” – ÖZƏL AÇIQLAMAbackend

“Zelenskinin istədiyi dəstək Ukraynaya verilməyəcək” – ÖZƏL AÇIQLAMA

Bu günlərdə Ağ Ev sözçüsü Cen Psaki bildirib ki, ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmayacaq. O əlavə edib ki, uçuşa qadağa zonası ABŞ və NATO-dan Rusiya təyyarələrini potensial olaraq vurmağı tələb edəcək. Lakin ABŞ Üçüncü Dünya müharibəsinə qarışmaqda maraqlı deyil.

ABŞ rəsmisinin səsləndirdiyi bu fikirləri KONKRET.az-a politoloq Elçin Mirzəbəyli şərh edib.

Politoloq ABŞ-ın Rusiya ilə birbaşa qarşıdurmaya girməyəcəyini düşünür:

“Cen Psaki öz fikirlərini çox aydın şəkildə ifadə edib. O qeyd edib ki, əgər Ukrayna səmasında uçuşa qadağa qoyulsa, o zaman ABŞ və ya NATO Rusiya təyyarələrini vurmalıdır. Ağ Ev sözçüsünün qənaətinə görə bu, Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər və ABŞ dünya müharibəsinin başlamasında maraqlı tərəf deyil. Əslində ABŞ rəsmiləri daha öncə də eyni fikirləri söyləyib. Prezident Co Bayden və dövlət katibi Entoni Blinken tərəfindən eyni mövqe ortalığa qoyulub. Yəni Cen Psakinin söylədikləri dünya ictimaiyyəti üçün yeni deyil. ABŞ heç bir halda Rusiya ilə birbaşa olaraq qarşıdurmaya girmək niyyətində deyil. Buna görə də Ukraynaya Zelenskinin istədiyi dəstək verilməyəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*