“Zelenskinin məyusluğunu anlayırıq, ancaq müharibə Ukraynadan…” – NATO Baş katibindən ŞOK AÇIQLAMAbackend

"Zelenskinin məyusluğunu anlayırıq, ancaq müharibə Ukraynadan..." - NATO Baş katibindən ŞOK AÇIQLAMA

“Prezident Zelenskinin və Ukrayna xalqının məyusluğunu başa düşürük, çünki onlar Putinin işğalçı qoşunları ilə amansız müharibənin qurbanı olublar, ancaq müharibə Ukrayna sərhədlərindən kənara çıxmamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ARD telekanalının efirində deyib.

Baş katib hərbi alyansın Ukraynanı dəstəkləyəcəyini vurğulayıb, lakin münaqişənin genişləndirilməsinə qarşı da xəbərdarlıq edib:

“Biz hərbi və maliyyə dəstəyimizi artırdıq. Almaniya bu məsələlərdə əsas rol oynayır. Lakin münaqişə nəzarətdən çıxmamalıdır”.

Y.Stoltenberq bildirib ki “görünməmiş sanksiyalar” Rusiyaya çox ağır başa gələcək.

“NATO müttəfiqləri 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqından sonra Ukrayna əsgərlərinə təlim keçib və bütün bunlar hazırda Ukrayna ordusuna Rusiya qoşunlarının işğalına qarşı kömək edir” – Stoltenberq əlavə edib.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*