Zərdab rayonunun Qoruqbağı kəndində yanğın olub.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, “Беларусь” markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşquya yığılan 4,5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.