“Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər” – Qurban Qurbanovbackend

“Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər” - Qurban Qurbanov

“Bu gün qarşımızda istəkli və dinamik rəqib var idi”.

KONKRET.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib:

“Kubokun finalında yaxşı oyun alındı. “Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*