Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır.
KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, Daşkənddə yüksəksəviyyəli danışıqların, həmçinin Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi planlaşdırılır.
Zirvə görüşünün gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi məsələləri daxildir.
Danışıqların sonunda bir sıra mühüm sənədlərin imzalanması, həmçinin iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə başlanılması planlaşdırılır.
