Zurabişvili aksiyaçılara dəstək verdibackend

Zurabişvili aksiyaçılara dəstək verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə etiraz edən Tbilisi sakinlərini dəstəkləyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında yazıb.

Qeyd edib ki, xüsusi təyinatlılar su şırnaqları və qaz tapancaları ilə Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı keçirilən kütləvi dinc nümayişini hədəfə alıblar.

“Həbslər aparılır. Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək!”, – Zurabişvili vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*