10-cu övladına İlham Əliyevin adını verdibackend

10-cu övladına İlham Əliyevin adını verdi

Salyanın rayonunun Qaraçala qəsəbəsində yaşayan və 9 övladı olan Abdullayevlər ailəsinin 10-cu uşağı dünyaya gəlib.

KONKRET.az xəbər verir ki, körpə fevralın 21-də Salyan rayon Xəstəxanasının doğum şöbəsində dünyaya göz açıb.

Valideynləri körpəyə Prezident İlham Əliyevin seçkilərdə parlaq qələbəsinin şərəfinə onun adını veriblər.

Qeyd edək ki, sözügedən ailənin dövlət tərəfindən nəzarətə götürülməsi ilə bağlı Salyan ziyalıları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura tərəfindən rğsmi qurumlara müraciət olunub. Müraciətdən dərhal sonra maddi sıxıntılardan əziyyət çəkən Abdullayevlər ailəsinin ünvanlı sosial yardımı bərpa olunub.Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*