“100 faiz yoluxucu olan ştamm Azərbaycanda yayılacaq” – Həkimdən bədbin proqnozbackend

“100 faiz yoluxucu olan ştamm Azərbaycanda yayılacaq” - Həkimdən bədbin proqnoz

“Avropada avqust ayının sonuna doğru yoluxmuş xəstələrin 90 faizində Delta variantının (Hindistan ştammı) olacağı proqnozlaşdırılır. Biz həkimlər koronavirusun Delta variantından narahatıq. Çünki bu, Britaniya ştammından, yəni Alfa variantından (Britaniya ştammı) 50-60 faiz daha yoluxucudur”.

KONKRET.az xəbər verir ki, bunu həkim Emil Qasımov Hindistan ştammı barədə fikirlərini bildirərkən deyib.

Tibb mütəxəssisi bu variatın Azərbaycanda yayılacağını proqnozlaşdırır: “Hindistan ştammının fərqi qripə bənzər simptomlarının olmasındadır. Yoluxmuş xəstələr baş və boğaz ağrısı, burun axıntısı  və əlavə olaraq qarın ağrısı, ishal kimi şikayətlər edir.  Həmçinin qeyd edək ki, yoluxuculuq dərəcəsi ilk variantından 100 faiz çoxdur. Xəstəliyin daha öldürücülüyü barədə əlimizdə heç bir dəlil yoxdur”./Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*