15 yaşlı bacısını zorladıqdan sonra öldürdü – Rusiyada dəhşətli cinayətbackend

15 yaşlı bacısını zorladıqdan sonra öldürdü - Rusiyada dəhşətli cinayət

Çelyabinsk vilayətində 19 yaşlı oğlan 15 yaşlı bacısını zorlayaraq öldürüb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Çelyabinsk vilayətinin Tatişevo kəndində gənc oğlan 15 yaşlı əlil bacısını zorlayıb, sonra isə onu öldürüb.

Qızı zorlayan qardaş daha sonra bunun nəticələrindən qorxaraq məktəbli qızı öldürüb. Oğlan bacısını boğmağa başlayıb, sonra tapdığı mismarla onun qarnına yeddi dəfə zərbə endirib.

Qatil qətldən sonra diqqəti hadisədən yayındırmaq üçün qızı qarajda yandırsa da, buna nail ola bilməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı saxlayıblar. Qeyd olunur ki, o, 14 yaşında bir dəfə intihara cəhd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*